Şahmatçıların reytinq siyahısı
Beynəlxalq şahmat Federasiyası aprelin 1-nə şahmatçıların reytinq siyahısını açıqlayıb.

Dünyanın 10 ən güclü şahmatçıları siyahısında Azərbaycanın 2 beynəlxalq qrossmeysterləri - Teymur Rəcəbov 2793 əmsalla 4-cü, Şəhriyar Məmmədyarov 2766 əmsalla 10-cu pillədədir.

Xəyalə Abdulla (beynəlxalq usta), Nərmin Kazımova (beynəlxalq usta) və Səbinə İbrahimova da 100 ən güclü şahmatçı qızların siyahısında yer alıblar.

Oğlanlar arasında beynəlxalq usta Zaur Məmmədov və beynəlxalq qrossmeyster Nicat Abasov da 100 güclü şahmatçılar siyahısındadır.

Ölkələrin reytinq cədvəlində isə 138 ölkə arasında Azərbaycan 11-ci pillədədir.

Xəbər 1417 dəfə oxundu.