Daşkəsəndə rayon birinciliyi keçirilib
Aprelin 2-də Daşkəsən şəhər Stadionunda “Şahin” hərbi-idman oyunu üzrə rayon birinciliyi keçirilib.

4 komanda, ümumilikdə isə 83 nəfərin iştirakı ilə keçirilən yarışın məqsədi yeniyetmə və gənclər arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, sağlam gənc nəsilin yetişdirilməsi olub.

Tədbirdə 4 komanda, ümumilikdə isə 83 nəfər iştirak etmişdir. Sonda 1-ci yerə İ.Nəsimi adına 1 saylı tam orta məktəbin , 2-ci yerə S.Vurğun adına 4 saylı tam orta məktəbin, 3-cü yerə isə A.Mürsəlov adına 2 saylı tam orta məktəbin komandaları layiq görülmüşdür. Qalib komandalar rayon Gənclər və İdman idarəsi tərəfindən təltif olunmuşdur.

Xəbər 893 dəfə oxundu.