Mərdəkanda rayon final mərhələsi keçirilib
Aprelin 3-də Mərdəkan qəsəbəsində Xəzər rayon Gənclər və İdman idarəsinin dəstəyi ilə rayon məktəbləri arasında bədən tərbiyəsi və idmanı daha da geniş təbliğ etmək, məktəblilərin fiziki cəhətdən inkişafını və sağlamlıqlarının qorunmasını təmin etmək, istedadlı yeniyetmə və gəncləri aşkar etmək məqsədilə ХХV Spartakiadanın güllə atıcılığı növü üzrə rayon final mərhələsi keçirilib.

5 məktəb 50 nəfər idmançının iştirakı ilə keçirilən yarışda birinciyə 181, ikinciyə 156, üçüncü yerə 234 saylı tam orta məktəb layiq görülüblər.

Sonda qaliblər Xəzər rayon Gənclər və İdman idarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.

Xəbər 969 dəfə oxundu.