Uruqvay millisi Bakıya gəlir
May - iyun aylarında Bakıda AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək.Turnirdə iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Uruqvay Futbol Assosiasiyasından göndərilib. Beləliklə, müvafiq yaş qrupundan ibarət Uruqvay yığması III Caspian Cup beynəlxalq turnirində iştirak edəcək.

Qeyd edək ki, Yaponiya, Türkiyə və ABŞ yığmalarının da III Caspian Cup beynəlxalq turnirində iştirakı təsdiqlənib.

Xəbər 847 dəfə oxundu.