Ronaldo qollarının sayını 47-yə çatdırıb
“Real”ın hücumçusu Kriştanu Ronaldo Çempionlar Liqasında qollarının sayını 47-yə çatdırıb. Portuqaliyalı futbolçu buna qitə miqyaslı turnirin 1/4 final mərhələsinin ilk oyun günündə “Qalatasaray”la keçirilən matçda fərqlənməklə nail olub.

Ronaldo matçın 9-cu dəqiqəsində hesabı açaraq Çempionlar Liqası tarixində 47-ci qolunu vurmuş olub. Avropanın ən titullu klub turnirlərinin ən sərrast futbolçusu 71 qolla “Real”ın sabiq forvardı Raul Qonsalesdi. Portuqaliyalı ulduz futbolçu bundan başqa vurduğu qolla bombardirlər siyahısında vahid lider olub. O, qollarının sayını 9-a çıxarıb. “Kral klubu”nun forvardını isə 8 qolla “Barselona”nın hücumçusu Lionel Messi və “Qalatasaray”ın futbolçusu Burak Yılmaz izləyir.

Xəbər 956 dəfə oxundu.