Avropa Liqasında 1/4 final həyəcanı
Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək. Bütün oyunlar eyni gündə baş tutacaq.

Azərbaycanlı azarkeşlərin də maraqla izləyəcəyi oyun İstanbulda baş tutacaq. Türkiyənin “Fənərbaxça” klubu öz meydanında İtaliyanın “Latsio” klubunu qəbul edəcək. Milli komandamızın üzvü Ruslan Abışovun komandası “Rubin” isə “Çelsi”nin qonağı olacaq. Digər oyunlarda “Benfika” “Nyukasl”ı, “Tottenhem” isə “Bazel”i qəbul edəcək.

Avropa Liqası
1/4 final, ilk oyunlar

4 aprel
00:05. “Benfika” (Portuqaliya) – “Nyukasl” (İngiltərə)
00:05. “Çelsi” (İngiltərə) – “Rubin” (Rusiya)
00:05. “Fənərbaxça” (Türkiyə) – “Latsio” (İtaliya)
00:05. “Tottenhem” (İngiltərə) – “Bazel” (İsveçrə)

Xəbər 759 dəfə oxundu.