Mourinyo oyunu şərh etdi
Real”ın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının 1/4 finalında “Qalatasaray”la oyundan (3:0) sonra fikirlərini bildirib. Baş məşqçi rəqibə qarşı çox ciddi oyun nümayiş etdirdiklərini deyib:

“Buna görə də, qollar vurduq. “Qalatasaray” hesabda geridə olmasına baxmayaraq əlindən gələni etdi. Qələbəyə layiqik. Bu oyundan sonra yarımfinala çıxmaq şanslarımız çox yüksəkdi”.

Xəbər 793 dəfə oxundu.