Klub rəhbəri turnirin ənənəvi hal almasına sevinir
“İnter”in prezidenti Georgi Nikolov Bakı şəhərində yay ayında keçiriləcək İBAR CUP U-14 turniri barədə fikirlərini bildirib. Klub rəhbəri turnirin ənənəvi hal almasına sevinir:

“Qorxuram ki, Valentin Xodukinin sözlərini təkrarlayım. Çox sevindirir ki, bu yarış daimi xarakter aldı. Düşünürəm ki, bu, çox yaxşı yanaşmadı, axı Azərbaycanda çoxdandı öz aralarında futbol oynayan uşaqlar Avropadakı həmyaşıdlılarının da səviyyələrini bilməlidilər. Fərqli ölkələrdən olan komandaların güclü və zəif tərəflərini öyrənməlidilər. Təbii, belə turnirlər təcrübə qazanmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ötən il “İnter”in uşaq komandası bir qədər əsəbi oynadı, lakin uaşqların səbəbləri də vardı. Ümid emid edirəm ki, bu il komandamız daha uğurla çıxış edəcək. Həmin əsəbilik və gərginlik olmamalıdı, axı yeniyetmə oyunçularımız artıq belə turnirdə iştirak edib”.

Xəbər 820 dəfə oxundu.