«Milan» transfer çalışmalarını davam etdirir.
«Milan» transfer çalışmalarını davam etdirir. İtaliya klubun müdafiə xəttini gücləndirmək istəyir.

2009-cu ildə Tiaqo Cənubi Amerikaya üz tutub. Milan təmsilçisi «Vasko da Qama»nın Braziliya millisinə çağırılan stoperi – Dedeni ələ keçirməyə can atır.

İtalyanlar 24 yaşlı müdafiəçi üçün Braziliya klubuna 12 milyon avro təklif edib. Lakin «Vasko da Qama» bu transferə görə «Milan»dan 15 milyon avro tələb edir.

Qeyd edək ki, tam adı Anderson Vital da Silva olan futbolçu 2009-cu ildən çıxış etdiyi komandada 83 oyun keçrib və 2011-ci ildən sonra 6 dəfə Braziliya millisinin formasını geyib.

Xəbər 837 dəfə oxundu.