Lionel Messi zədələnib
Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində ötən axşam PSJ-nin qonağı olan «Barselona» şok xəbər alıb. Lionel Messi zədələnib.

Qarşılaşmanın ilk yarısının sonlarında cərimə meydançasının kənarında sol ayağı ilə zərbə vurarkən zədə alan argentinalı ulduz ikinci yarıya davam edə bilməmiş və fasilədə Sesk Fabreqas tərəfindən əvəzlənmişdi.

«Barselona»nın yaydığı açıqlamada bildirilir ki, Messi sağ dizinin arxa hissəsindən zədə alıb və son durumuna tibii müayinədən sonra aydınlıq gələcək.

Xəbər 976 dəfə oxundu.