Milli Olimpiya Komitəsinin VI Hesabat-seçki baş məclisi öz işinə başlayıb
Aprelin 3-də Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında MOK-un təşkilatçılığı ilə VI Hesabat-seçki baş məclisi öz işinə başlamışdır.

Hesabat-seçki xarakteri daşıyan VI baş məclisdə Milli Olimpiya Komitəsinin fərdi üzvləri ilə yanaşı, Olimpiya və qeyri-Olimpiya idman növləri federasiyaları, idman təşkilatları və dövlət strukturlarını təmsil edən şəxslər iştirak etmişlər.

Tədbirdə MOK-un ötən 4 il ərzindəki fəaliyyəti haqqında hesabat məruzəsi dinlənilmişdir. Sonra komitənin İcraiyyə Komitəsinə seçkilər keçirilmişdir.

AzərTAc

Xəbər 769 dəfə oxundu.