Haynkes qələbədən danışdı
"Bavariya"nın baş məşqçisi Yupp Haynkes "Yuventus" üzərindəki qələbədən danışıb.

İdman.com.az saytı xəbər verir ki, təcrübəli mütəxəssis komandasının qələbəsini belə ifadə edib: "Oyuna biz həqiqətəndə çox ciddi hazırlaşmışdıq. Qələbə qazanacağımıza çox əmin idik. Taktikamızda əsas işimiz Pirloya imkan verməmək idi. Bunu da bacardıq. Erkən qol vurmağımız işimizi daha da asanlaşdırdı. İtaliya klubunu bir qol buraxmağa belə imkan vermədən onları bu cür məğlub etdiyimiz üçün xoşbəxtik. Üstün oyun nümayiş etdirdik və istəyimizə də nail ola bildik".

Aynurə

Xəbər 786 dəfə oxundu.