Xavyer ciddi zəddə alıb
Çempionlar Liqasının 1/4 finalında PSJ ilə səfər matçında "Barselona" komandası ciddi itki ilə üzləşib.

İdman.com.az saytının məlumatına görə, komandanın təcrübəli müdafiəçisi olan Xavyer Maskerano ciddi zədə alıb. Oyun zamanı həkimlər futbolçunun sağ diz bağlarında qopma aşkarlayıb. Belə güman edilir ki, argentinalı oyunçu düz 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Barselona" digər futbolçusu Lionel Messinin durumuna isə bu gün aydınlıq gələcək.

Aynurə

Xəbər 889 dəfə oxundu.