Qeyri-adi hesab
Türkiyədə 2 komanda arasında keçirilən basketbol yarışması 299-0 hesabı ilə başa çatıb.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu qeyri-adi hesab ə 7 komandanın iştirakı ilə keçirilən qarşılaşmada baş verib.

Qeyd edək ki, “Gənclər Gücü” ilə “Gənclik İdman Klubu” arasında keçirilən matç birinci komandanın qələbəsi ilə başa çatıb.

“Gənclər Gücü”nün baş məşqçisi isə buna heç də təəccüblənmədiklərini deyib. O, həmçinin gecə-gündüz məşq etdiklərini və belə bir qələbəni gözlədiklərini deyib.

Aynurə

Xəbər 1265 dəfə oxundu.