Mourinyo “Qalatasaray”la matç öncəsi oyun haqda fikirlərini bildirib
“Real”ın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”la matç öncəsi oyun haqda fikirlərini bildirib. Portuqaliyalı mütəxəssis rəqibinə hörmətlə yanaşdığını bildirib:

“Rəqibimizə hörmət edirəm. Amma hədəflərimiz var və irəliləməyə məcburuq. “Qalatasaray”da qələbə qazanmaq istəyir və mükəmməl bir baş məşqçiyə sahibdi. İnanıram ki, komandasını ən yaxşı şəkildə hazırlayacaq. Lakin, biz Çempionlar Liqasını bizə yaraşan pillədə bitirmək istəyirik. Əsas olan “Real”dı”.

Xəbər 865 dəfə oxundu.