“Qəbələ” Ukrayna toplanışını bitirdi
“Qəbələ”nin 14 yaşa qədər futbolçulardan ibarət komandası Ukraynanın Donetsk şəhərindəki təlim-məşq toplanışını yekunlaşdırıb. Toplanışın son günündə komanda “Şaxtyor”un bazasını və “Donbass Arena”nı gəzib, klubun təsisləri ilə yaxından tanış olub.

Daha sonra “Qəbələ” toplanış çərçivəsində son yoxlama oyununu keçirib. Yerli “Metallurq”la qarşılaşan təmsilçimiz matçdan sülhlə ayrılıb – 1:1. “Qırmızı-qaralar””ın yeganə qoluna Fərid Nəbiyev imza atıb.

Qeyd edək ki, “Qəbələ” Ukraynada 3 yoxlama oyunu keçirib. İlk görüşdə “Şaxtyor-2” üzərində 4:0 hesablı qələbə qazanan təmsilçimiz, ikinci matçda “Şaxtyor”a 1:9 hesabı ilə məğlub olmuşdu.

Xəbər 779 dəfə oxundu.