Lionel Messi yeni rekordlara imza atıb
Lionel Messi yeni rekordlara imza atıb. “Barselona”nın hücumçusu Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ-yə qarşı ilk oyunda 38-ci dəqiqədə fərqlənməklə həm “Real”ın sabiq futbolçusu Raulun 10 qolluq rekorduna şərik olub, həm də müxtəlif şəhərlərdə vurduğu qollarının sayını 20-yə çıxarıb.

Buna qədər isə Messi bu topların sayına görə yenə Raulla birgə şərik idi.

Amma bu uğuru Lionel üçün yaxşı sonluqla bitməyib. Argentinalı ulduz ikici hissənin əvvəlində zədələnərək, meydanı tərk edib.

Qeyd edək ki, “Qızıl top” mükafatına 4 dəfə sahib olan Lionel PSJ ilə qarşılaşmanın ilk hissəsinin sonunda zədələnib. İkinci hissədə isə onun yerinə meydana Sesk Fabreqas daxil olub.

Xəbər 982 dəfə oxundu.