Balotelliyə ilk dəfə qadınla yaxşıdır
Mario Balotelli xoşbəxtdir. İdman.com.az saytı xəbər verir ki, o, sevgisini gizlətmədiyi «Milan»da oynayır. Bundan əlavə, onun sevimli qadını peyda olub. Futbolçunun sözlərinə görə, 22 yaşlı Fanni Neqeşa ilə münasibətdə o, ilk dəfədi ki, özünü qadınla komfortlu hiss edir:

«Bu, güclü və özünə inamlı qızdır və onun geniş ürəyi var. Qısa müddətə biz ümumi dil tapmışıq. Mən bütün həyatımı ona sərf edə bilərəm. Sağ olsun Fanni, biz münasibətlərimiz və mənim işim arasında balans tapmışıq. Artıq oyunqabağı məni heç nə yayındırmır və əsəbilik də keçirtmirəm. Mənimlə olmaq elə də asan deyil».

Ancaq keçmişdən qaçmaq mümkün deyil. Yaxınlarda Balotellinin keçmiş rəfiqəsi onun üçün bir qız dünyaya gətirib. Doğrudur, futbolçu özü uşağın atası olmasına şübhə ilə yanaşır. O, həqiqəti üzə çıxarmaq üçün DNK analizinə nail olmağa çalışır. Balotelli bununla bağlı deyir:

«Yenə də onun mənim qızım olmasına ümid edirəm və ondan qaçmaq fikrim yoxdur. Lakin bu əhvalat göründüyü kimi də sadə deyil. Ehtiyatla həllini tapmalı olan hüquqi məsələlər mövcuddur».

Xəbər 1122 dəfə oxundu.