Türkiyədə futbol matçı zamanı nadir hadisə baş verib
Türkiyədə futbol matçı zamanı nadir hadisə baş verib. Hakim matçı ayaqyalın idarə edib.

Belə ki, həvəskarlar liqasının «Kirişhanespor» – «Yıldırım Gənclərbirliyispor» matçında yan xətt hakimi Gökhan Yörük 50-ci dəqiqədə ayaqqabılarını çıxarıb.

Buna səbəb ayaqqabıların ayağını sıxması olub. O, 50-ci dəqiqədən sonra oyunu ayaqqabısız – corabla idarə edib.

Gökhan Yörük oyundan sonra bununla bağlı açıqlama verib: «İlk yarıda ayağımın ağrısından matça köklənə bilmədim. Ayaqqabılarımı çıxarandan sonra rahatlaşdım».

Xəbər 1115 dəfə oxundu.