Almeidadan pis xəbər
İdman.com.az saytının məlumatına görə,“Beşiktaş”a Almeidadan pis xəbər gəlib.

Belə ki, səfərdə Beşiktaşın Mersin İdman Yurdunu 2-1 hesabı ilə məğlub etdiyi matçda zədələnən portuqaliyalı ulduzun ən az 1 ay sahələrdən uzaq qalacağı açıqlanıb.

Xatırladaq ki, uzun müddət futbolçu baldırından müalicə alıb. Kasımpaşa oyunu ilə geri dönən Almeida Mersin oyununda şanssızlıq yaşayaraq, oyunun 13-cü dəqiqəsindən ağrı səbəbindən meydanı tərk edib və yerini Filip Holoskoya verib.

Aynurə

Xəbər 741 dəfə oxundu.