“Beşiktaş”dan qələbə
“Beşiktaş” 2 həftə aradan sonra möhtəşəm qələbə qazanıb.

İdman.com.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Beşiktaş komandası səfərdə Mersin İdman Yurdunu ilə qarşılaşıb. Beşiktaş bu oyunda Mersin İdman Yurdunu 2:1 hesabı ilə məğlub edib. Matçda Beşiktaşa qolları Fernandes və Nobre qazandırıb.

Beləliklə də, son 2 həftə Liqada 5 bal itirən qara ağlılar, bu qalibiyyətlə balını 46-ya çıxarıb. Liqada qalma ümidləri get-gedə azalan Mersin İdman Yurdu isə 21 xalda qalıb.

Aynurə

Xəbər 801 dəfə oxundu.