“İnter” yeni bəyanat yayıb
“İnter” yeni bəyanat yayıb. Bəyanat “İnter”-”Neftçi” (0:1) matçından sonra Anar Salmanovun avtomobilinə vurulmuş zərərlə bağlıdı. Həmin bəyanatı təqdim edirik:

“Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində 30.03.2013-cü il tarixdə keçirilən “İnter”-”Neftçi” matçından sonra qarşılaşmanın baş hakimi Anar Salmanova məxsus avtomobilə zərər vurulması barədə Kütləvi İnformasiya Vasitələrində yayılan xəbərlərlə tanış olduq.

“İnter” PİK-in rəhbərliyi belə bir hərəkətə yol verilməsini qınayır və günahı olan şəxs və ya şəxslərin tezliklə məsuliyyətə cəlb olunacağına ümid edir”.

Xəbər 884 dəfə oxundu.