Çində dünya Kuboku yarışları keçiriləcək
Aprelin 2-də Çinin Çanqvon şəhərində güllə atıcılığı üzrə dünya Kuboku yarışları başlanacaq. Səkkiz gün davam edəcək turnirdə Azərbaycanı Ruslan Lunyov təmsil edəcək.

Həmyerlimiz aprelin 4-də 50 metr, nömrəsinə əsasən martın 7-də və ya 8-də 25 metr məsafəyə atəş açmaq üçün hədəf önünə keçəcək.

Dünya Kuboku yarışlarında 31 ölkədən 499 idmançı birincilik uğrunda mübarizə aparacaq.

Xəbər 1022 dəfə oxundu.