Milli komandamız Avropa kubokunda 5 medal qazanıb
Ukraynanın paytaxtı Kiyevdə yeniyetmələr arasında cüdo üzrə Avropa kuboku yarışları keçirilib. Yarışda mübarizə aparan milli komandamız 5 medal qazanıb. Yarışda İlkin Babazadə (55 kq) qızıl, Rauf Xəlilov (60 kq) gümüş, Natiq Qurbanlı (50 kq), Rüfət Tağızadə (55 kq) və Fəridə Həsənxanova (57 kq) bürünc medal qazanıb. Qeyd edək ki, 18 yaşdan aşağı cüdoçuların mübarizə apardığı turnirdə qitənin 23 ölkəsindən 569 idmançı birincilik uğrunda mübarizə aparıb.

Xəbər 938 dəfə oxundu.