Çempionatda 9-cu turun görüşləri başa çatıb
Respublika Şahmat Mərkəzində keçirilən 14-16-18 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatınının 9-cu turun görüşləri başa çatıb.

14 yaşadək oğlanların mübarizəsində Qulam Məmmədov və İsmayıl Şahəliyev 6.5 xal toplayaraq hələlik 1-2-ci yerləri bölüşdürürlər.

Eyni yaş qızların çempionatında da ikihakimiyyətlilikdir. Fide ustası Günay Məmmədzadə və ustalığa namizəd Aydan Höccətova 9 xal toplayaraq mübarizəni davam etdirirlər.

Aytən Əmrayeva 8.5 xal toplayaraq hələlik 16 yaşadək qızlar arasında liderliyini qoruyub saxlaya bilib .

16 yaşadək oğlanlar arasında isə Nuri Murad 7 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.

18 yaşadək oğlanlar arasında çempionat Beynəlxalq usta Ülvi Bacaraninin qələbəsi ilə başa çatdı. O, 9 oyundan 6.5 xal toplayaraq Azərbaycan çempionu adına layiq görülmüşdür. Gəncə şahmatçısı Amil Abbasov və Misrətdin İsgəndərov hərəyə 6 xal toplayaraq 2-3-cü yerləri bölüşdürürlər və əlavə göstəricilərə görə Amil Abbasov çempionatin ikincisi oldu.

Xatırladaq ki,çempionat aprelin 2-də başa çatacaq.

Xəbər 1073 dəfə oxundu.