Burak Ronaldo ilə bənəzdilməyinə münasibət bildirib
“Qalatasaray”ın “qol maşını” Burak Yılmaz maraqlı açıqlama verib. Burak Kriştian Ronaldo ilə bənəzdilməyinə münasibət bildirib:

“Mən özümdən razı deyiləm, hamı məni Ronaldo ilə müqayisə edir. Ancaq nə mən, nə də komanda yoldaşlarım bu cür müqayisələr aparmırıq. O, böyük bir ulduzdu, özümü onunla müqayisə etmərəm. Onun etdiklərini mənim də etməyim, biraz da olsa, onunla yarışmaq mənə qürur verir”.

“GS TV”-yə danışan futbolçu azarkeşlərə də müraciət edib: “Növbəti mərhələyə keçə bilməsək heç kim üzülməsin. Bizim hədəfimiz Çempionlar Liqasında qrupdan çıxmaq idi, bunu da bacaqdıq. İndi isə Madriddə böyük bir matç oynayacayıq. Hamının duası bizlə olsun. İnşallah yaxşı olar”.

Xəbər 778 dəfə oxundu.