“ İddiamızı son oyuna qədər davam etdirməliyik ”
“Çankırıspor” un baş məşqçisi Hakan Yılmaz pley-off iddialarını son matça qədər davam etdirəcəklərini bildirib.

İdman.com.az saytı xəbər verir ki, “Təpəcikspor” matçında aldıqları 3 balın sevincini yaşadıqlarını ifadə edən Yılmaz həmçinin oyunçularının çox çətinliklə də olsa matçı qazandıqlarını deyib.

“ Matçın ilk dəqiqələrində idmançılarım çox müvəffəqiyyətli bir oyun nümayiş etdirdilər. Oyunda “Təpəcikspor” un təzyiqinə və komandada 10 oyunçumuzun qalmasına baxmayaraq bu matçı qazana bildik. Artıq bu oyun bizim üçün geridə qaldı. Növbəti oyunumuz isə “ Turgutluspor” komandası ilə olacaq. Biz yenə də qələbə qazanmalıyıq. İddiamızı son oyuna qədər davam etdirməliyik”.-deyə Hakan Yılmaz öz açıqlamasında bildirib.


Aynurə

Xəbər 853 dəfə oxundu.