Arda Turan Ronaldodan dəvət alıb
“Atletiko”nun və Türkiyə millisinin futbolçusu Arda Turan “Real”ın hücumçusu Kriştiano Ronaldodan aprelin 3-də keçiriləcək “Qalatasaray”la Çempionlar Liqasının 1/4 final mərhələsinin oyununu izləmək üçün dəvət alıb.

Əvvəlcə “Qalatasaray”la oyuna getmək fikrində olmayan türkiyəli futbolçu Arda Turan Ronaldonun dəvətindən sonra fikrindən daşınıb. Futbolçu bu matçı Kriştiano Ronaldoya aid olan “Santyaqo Bernabeu”danın xüsusi lojasında izləyəcək.


Aynurə

Xəbər 797 dəfə oxundu.