“Xəzər Lənkəran”da kadr dəyişikliyi baş verib
“Xəzər Lənkəran”ın administrativ heyətində kadr dəyişikliyi baş verib. Cənub təmsilçisinin mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev başqa işə keçməsi ilə əlaqədar vəzifəsini tərk edib.

Bundan sonra onu bu vəzifədə Hüseyn Cəbrayıloğlu əvəzləyəcək. Cəbrayıloğlu bundan əvvəl “Futbol+” qəzetinin Lənkəran üzrə bölgə müxbiri idi.

Xəbər 813 dəfə oxundu.