Komandamız Avropa çempionatının final mərhələsində
Milli komandamız futzal üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.

İdman.com.az saytı xəbər verir ki, dünən millimiz Slovakiya yığmasını 2:1 hesabı ilə məğlub edib. Slovakiya yığmasının qapısından topları isə Biro Jade və Namiq Məmmədkərimov keçirib.

Xatırladaq ki, bundan əvvəl komandamız qrupda keçirdiyi ilk qarşılaşmada Norveç yığmasını 6:0, ikincidə isə Bosniya və Herseqovina millisini 3:2 hesabı ilə məğlubiyyətə uğradıb.

Beləliklə də, millimiz Avropa çempionatının final mərhələsinə maksimum nəticə göstəricisi ilə qrup birincisi olaraq vəsiqə əldə edib.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi 2014-cü il yanvarın 28-dən fevralın 8-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq.

Aynurə

Xəbər 847 dəfə oxundu.