Sergey Yuran Azərbaycandan təklif alıb | |
“Simurq”un sabiq baş məşqçisi Sergey Yuran Azərbaycandan təklif alıb. Bu haqda o, “Sport-eskpress” qəzetinə müsahibəsində bildirib. Bu yaxınlarda qarşısına qoyulan məqsədə çatmadığı üçün Rusiya birinci divizion təmsilçisi “Sibir”dən istefaya göndərilən mütəxxəsis Azərbaycanla yanaşı, bir vaxtlar çalışdığı başqa ölkə - Qazaxıstandan da dəvət aldığını deyib: “İlkin danışıqlarımız olub. Aprelin sonu, mayın əvvəlində vəziyyət konkretləşəcək. Amma mən əvvəlkitək Rusiyada işləmək istəyirəm”. Yuran Azərbaycandan hansı klubdan dəvət aldığını açıqlamayıb. |
|
Xəbər 793 dəfə oxundu. |
|
|