Görüşün iddialıları tək qolla sevindilər
Bu gün Topaz Premyer Liqasında növbəti turun oyunları keçirilib. İdman.com.az saytı xəbər verir ki, XXIV turun görüşləri eyni gündə baş tutub. Buna səbəb, sabah 31 mart - Azərbaycanlıların Soyqırımı Günü olması ilə bağlıdır.

İlk «altılıq»da liderlərin görüşündə «Neftçi» klubu sevinib. Bayraqdar «İnter»i tək qolla məğlub edib – 1:0. Adətən qış fasiləsindən sonra yüksəlişdə olan «Bakı» bunu cari mövsümdə də davam etdirməkdədir. «Zolaqlılar» çətin Zaqatala səfərində «Simurq»a minimal hesabla qalib gəliblər.

«Qarabağ» qızıl medallar uğrunda mübarizədən qopmamaq istiqamətində növbəti addımı atıb – komanda Bakıda «Qəbələ»ni
məyus edib – 1:0.

İkinci «altılıq»da «Xəzər Lənkəran» evdə AzAL-ın müqavimətini qıra bilməyib. «Sumqayıt» və «Rəvan» isə növbəti qələbələrini qazanıblar.

Topaz Premyer Liqası
XXIV tur, 30 mart

“Turan” – “Rəvan” - 2:6
Qol: Azər Məmmədov, 30; Fərmayıl Əliyev, 35 - Mindauqas Kalonas, 10, 60; Xuan Manuel Varea, 62, 69, 72 (p.); Miloş Adamoviç, 74

“Sumqayıt” – “Kəpəz” - 1:0
Qol: Murat Doymuş, 67 (p.)

“Qarabağ” – “Qəbələ” - 1:0
Qol: Riçard Almeyda, 38

“Simurq” – “Bakı” - 0:1
Qol: Marius Pena, 73

“Xəzər Lənkəran” – AzAL - 1:1
Qol: Alvaro Silva, 35 - Oskar Klyava, 26

“İnter” – “Neftçi” - 0:1
Qol: Culius Vobay, 31
Qırmızı vərəqə: Rəşad Sadiqov



Xəbər 791 dəfə oxundu.