Avro-2020 üçün qaydalar təsdiqləndi
Dünən UEFA-nın İcraiyyə Komitəsinin Sofiyada keçirilmiş toplantısında Avro-2020-nin final mərhələsinin təşkili üçün ediləcək müraciətlərin qaydaları təsdiqlənib. 13 şəhər üçün nəzərdə tutulan 13 paketdən 12-nin hər birinə 3 qrup və 1 pley-off oyunu, 13-cüyə isə yarımfinallar və final daxildi.

Bir ölkə daxilində bütün oyunlar bir stadionda keçiriləcək. Hər assosiasiya bir standart paket əvə 1 yarımfinal-final paketinə ərizə yaza bilər. Təklif olunan stadionlar 2016-cı ilədək təhvil verilməlidi. Əks-təqdirdə şəhərin namizədliyinə yenidən baxılacaq.

İdman.com.az saytının məlumatına görə, tədbirdə UEFA-nın 2013-2014-cü illər mövsümü üçün büdcəsi, həmin dövr üçün turnirlərin formatı, eləcə də tibbi və antidopinq qaydaları da təsdiqlənib. Komitənin növbəti toplantısı mayın 22-23-də Londonda UEFA-nın XXXVII konqressi ərəfəsində keçiriləcək.

Xəbər 1053 dəfə oxundu.