Bekhem biabır oldu
PSJ-nin ingilis ulduzu Devid Bekhem Çinə tez-tez gedir. Burada ona çox pərəstiş edirlər. İdman.com.az saytının məlumatına görə, 37 yaşlı yarımmüdafiəçi sonuncu 5-günlük səfərində Uxan şəhərinin komandasına baş çəkib. Məşhur cərimə zərbələri ifaçısı öz təcrübəsini karyerasına başlayan futbolçularla bölüşmək istəyirib.

Bu ustalığını o, idman geyimində deyil, qalstuklu rəsmi geyimdə nümayiş etdirmək istədi. Yaş meydan isə bu məqamda futbolçunun biabır olmasına gətirib çıxarıb. Devid sürüşüb yerə yıxılıb. Bütün bunlar da, mətbuat nümayəndələri və tamaşaçılarla dolu stadionda baş verib. Bekhem özü həmin hadisə ilə bağlı bu sözləri deyib:

«Çin səfəri mənim xoşuma gəldi. Məni buranın şəhərlərində çox gözəl qarşıladılar. Ancaq etiraf etməliyəm ki, meydana kostyumda çıxmaq lazım deyildi. Eləcə də topu vurmaqdan öncə butsları geyinmək lazım idi».

Xəbər 948 dəfə oxundu.