“Atasport” ilk görüşdə uduzdu
Almaniyanın Hamburq şəhərində qadın otüstü hokkeyçilər arasında Avropa Çempionlar Kuboku başlayıb. İdman.com.az saytı xəbər veir ki, qitənin ən nüfuzlu yarışında bizi “Atasport” klubu təmsil edir.

Ölkə çempionumuz “B” qrupunda yer alıb. İlk tur Azərbaycan komandası üçün uğurlu olmayıb. Bakı təmsilçisi yerli “Rot-Veyss”lə görüşdə 1:3 hesabı ilə uduzub. Qrupumuzun digər oyununda “Laren” (Niderland) və “Lester”ə (İngiltərə) 2:1 üstələyib.

Sabah “Atasport” klubu yarışın favoritlərindən olan “Laren”lə qarşılaşacaq. Qrupda son oyun martın 31-də “Lester”lə olacaq. Aprelin 1-də “A” və “B” qruplarında ilk 2 yeri tutanlar final uğrunda görüşəcəklər. 3-4-cü pillənin sahibələri yüksək dəstədə qalmaq üçün mübarizə aparacarlar.

Xəbər 1071 dəfə oxundu.