Ramiz Məmmədov qələbəyə inanır
“Bizi “Qarabağ”la ciddi oyun gözləyir. Amma biz zəif deyilik və bu komandanı məğlub etmək üçün yetərli gücümüz var”. Bu sözləri “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov deyib.

“Qəbələ” Premyer Liqanın XXIV turunda kubokda uduzduğu “Qarabağ”la qarşılaşacaq. Baş məşqçi bundan sonra bütün diqqəti çempionata yönəldəcəklərini bildirib: “Kubokda mübarizəni dayandırdığımızdan bütün diqqətimiz Premyer Liqaya yönəlib. Fasilə dövründə yaxşı hazırlaşmağa çalışmışıq”.

Xəbər 801 dəfə oxundu.