“Real” tarixi uğurları sırasına yenisini əlavə etməyə hazırlaşır
“Real” tarixi uğurları sırasına yenisini əlavə etməyə hazırlaşır. “Barselona” və “Atletik”lə birlikdə heç vaxt La Liqanı tərk etməyərək, 82 ildi güclülər dəstəsində mübarizə aparan “Kral Klubu” indiyədək çempionatda bütün rəqiblərindən çox xal qazıb.

Belə ki, “Real” La Liqada mübarizə apardığı 82 ildə aktivinə 3999 xal yazıb. Sabah Bakı vaxtı ilə saat 23.00-da “Saraqosa” ilə matça çıxacaq Madrid təmsilçisi ən azı 1 xal qazanacağı halda 4000 minə çatacaq və tarixi uğura imza atmış olacaq.

İndiyədək La Liqada 2600 matç keçirən “Real” 1526 qələbə qazanıb və bununla da La Liqanın ən çox qalib gələn komandasıdı. Paytaxt klubu bu müddətdə 529 heç-heçə edib və 545 dəfə məğlub olub. İndiyədək çempionatda 5477 qol vuran komanda bu sıralamada da birincidi.

Qeyd edək ki, “Real”dan sonra ən çox xal toplayan komanda “Barselona”dı – 3.874. La Liqanı tərk etməyən üçüncü komanda “Atletik” isə indiyədək atkivinə 3105 xal yazıb və dördüncü olub. La Liqada 78 il mübarizə aparmasına rəğmən 3150 xal qazanan “Valensiya” bu sıralamada üçüncü pilləni tutur. “Atletiko” isə La Liqadakı 76 mövsümündə 3092 xalla beşinci ola bilib.

Xəbər 1081 dəfə oxundu.