Millimiz Latviya ilə heç-heçə edib
Latviyanın paytaxtı Riqada təlim-məşq toplanışında olan ölkəmizin 16 yaşadək futbolçulardan ibarət komandası (U-16) sözügedən ölkədə ilk yoxlama oyununu keçirib.

Latviya yığması ilə qarşılaşan Aslan Kərimovun yetirmələri matçdan 1:1-lik heç-heçə ilə ayrılıb.

Görüşün 22-ci dəqiqəsində hesabı latviyalılar açsalar da, komandamız tezliklə hesabı bərabərləşdirib. Belə ki, 30-cu dəqiqədə "Qəbələ"nin üzvü Baxşəli Baxşəliyev dəqiq zərbə ilə rəqibi meydançanın mərkəzinə dəvət edib. Bu matçda vurulan son qol olub.

Qeyd edək ki, U-16-nın təlim-məşq toplanışı martın 31-dək davam edəcək. Yığmamız ikinci, son yoxlama oyununu sabah Latviyaya qarşı keçirəcək.

Xəbər 801 dəfə oxundu.