Dubayda çimərlik futbolu
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində çimərlik futbolu üzrə təlim-məşq toplanışı keçirilib.

İdman.com.az saytının məlumatına görə, Azərbaycan milli komandasında burada yoldaşlıq oyunu keçirib. Sonda BƏƏ yığması ilə qarşılaşan millimiz 5:3 hesabı ilə qələbə qazanıb.

Komandamıza qolları Orxan Məmmədov, Ramil Əliyev, Amid Nəzərov, Zeynal Zeynalov və Comərd Baxşəliyev qazandırıb.


Aynurə

Xəbər 973 dəfə oxundu.