Qarabağ" "Qəbələ" ilə oyuna itkilərlə çıxacaq.
"Simurq"la oyunda sarı vərəqə alaraq cəzalı duruma düşən Vüqar Nadirov oyunu buraxmalı olacaq. Vaqif Cavadov isə zədə səbəbindən görüşdə tər tökə bilməyəcək. Millimizin Lüksemburqla Martın 22-də baş tutan oyununda zədələnən 23 yaşlı forvardın 3 həftə yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib. Sağ ayağında əzələsi yırtılan Vaqifin artıq 1 həftəni geridə buraxdığını nəzərə alsaq, onun aprelin 2-ci ongünlüyündə geri dönüşünə ümid etmək olar.

Xəbər 803 dəfə oxundu.