"Real" 6 futbolçu ilə yollarını ayırır
“Real” rəhbərliyi ehtiyatda oturan və ya əsas heyətə düşməkdə çətinlik çəkən futbolçulara boş-boşuna əmək haqqı ödəmək istəmir.

Bu səbəbdən Madrid təmsilçisi yayda 6 oyunçunu göndərəcək. Futbolçulardan qapıçı Antonio Adan və müdafəçi Rikardo Karvalyo azad agent kimi “kral” klubunu tərk edəcək.

Maykl Essienin isə “Çelsi”yə qayıdacağı gündəmə gəlib. Lakin nə futbolçu, nə də “Çelsi” yenidən bir araya gəlmək istəyir. Göndərilən futbolçular arasında Raul Albiol, Kaka, hücumçulardan isə Qonzalo İquain, ya da Kərim Benzema olacaq.

Xəbər 810 dəfə oxundu.