Andrey Arşavin “Xəzər Lənkəran”da?
Andrey Arşavini heyətinə qatmaq istəyən Azərbaycan klubu müəyyənləşib. Bu barədə İngiltərənin “Daily Mail” qəzeti məlumat yayıb.

Qəzetin iddiasına görə, rus ulduzu “Xəzər Lənkəran” heyətinə qatmaq istəyir. Komandanın yeni baş məşqçisi Con Toşak Arşavini komandasına dəvət edib.

Hələlik, Rusiya yığmasının üzvü təklifə cavab verməyib. Amma “Xəzər Lənkəran”ın ona təklif etdiyi məbləğ bəllidi. İddialara görə, Lənkəran təmçilçisi Andreyə həftəlik 1oo min funt-sterlinq (təxminən 120 min manat) təklif edib.

Xəbər 886 dəfə oxundu.