Bosniya və Herseqoniya millini sınağa çəkəcək
Avropa çempionatının əsas seçmə mərhələsində futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci oyununu keçirəcək. Slovakiyanın Bratislava şəhərindəki “Interhala Pasienky” kompleksində keçiriləcək qarşılaşmada millimizin rəqibi Bosniya və Herseqovina yığması olacaq.

Oyun Bakı vaxtı ilə saat 20:30-da başlayacaq. Millimiz əsas seçmə mərhələnin ilk oyununda Norveç yığmasını 6:0 hesabı ilə məğlub edib.

Xəbər 853 dəfə oxundu.