Didye Droqbanın maraqlı açıqlamaları
Qalatasaray"lı futbolçu Didye Droqba karyerası ilə bağlı maraqlı açıqlama verib.

İdman.com.az saytının məlumatına görə, Didye maraqlı açıqlamalarında bildirib ki: "Əgər mən əvvəlki mövsüm "Çelsi"də Çempionlar Liqasını oyununda qələbə qazanmasaydım, o zaman Londonu tərk etməyəcəkdim. “Qalatasaray”da öz növbəsində Avropada tanınmış klublar sırasındadır. Xatırladım ki, o UEFA kubokunu qazanmağa nail olub. Burada hər şey çox gözəldi. Şəhər həqiqətəndə çox füsunkardır. Ailəmin də yaşaya biləcəyi bir yerdi. Bir sözlə, ümid edirəm ki,bura gəlməklə mən yaxşı və düzgün seçim etmişəm".

Aynurə

Xəbər 789 dəfə oxundu.