“Qəbələ” “Qarabağ”a hazırlaşır
“Qəbələ” martın 30-u Premyer Liqanın XXIV turu çərçivəsində baş tutacaq “Qarabağ”la qarşılaşmanın hazırlıqlarını davam etdirir. Bu gün reallaşan məşq prosesində zədələri sağalmaqda olan Aleksandr Çertoqanov və Mustafa Dabo komandadan ayrı çalışıb.

“Qırmızı-qaralar” məşq boyunca toplu və topsuz müxtəlif təmrinlər yerinə yetiriblər. Günlük hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub.

Xəbər 844 dəfə oxundu.