Şəkidə “Kids Athletics Azerbaijan” adlı seminar
Martın 16-da Şəki Olimpiya İdman Kompleksində Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Beynəlxalq Atletika Federasiyası və Azərbaycan Atletika Federasiyasının dəstəyi ilə Azərbaycanda Uşaq Atletikasının inkişaf etdirilməsi üçün “Kids Athletics Azerbaijan” adlı seminar keçirilib. Bu seminar fiziki tərbiyə müəllimləri üçün “İdman şahzadəsi” olan atletika idman növü ilə daha da dərindən tanış olmasına, onların iş təcrübələrinin daha da artırılmasına və yeni iş biliklərinin aşılanmasına xidmət edir.

Seminarda Şəkidə fəaliyyət göstərən 25 fiziki tərbiyə müəllimi və məşqçilər, 36 nəfər V və VI sinif şagirdləri iştirak ediblər. Sonda hər bir iştirakçıya Federasiyanın sertifikatları təqdim olunub.

Xəbər 948 dəfə oxundu.