Qadın jurnalistlər “Aura” Sağlamlıq Mərkəzində
Qadın jurnalistlər “Excelsior Hotel Baku” mehmanxanasının “Aura” Sağlamlıq Mərkəzində keçirilmiş pilates dərslərində iştirak ediblər. İdman.com.az saytının məlumatına görə, calışmaları məşqçi Nailə Canaşvili aparıb. Otelin Marketinq və Satış departamentinin direktoru Damla Bayık xanım həmkarlarımızla söhbətdə bildirib ki, pilates – fiziki məşğələlər sistemi olub, bədənin əzələlərini möhkəmləndirir, çevikliyi artırır və orqanizmin ümumi fiziki durumunu yaxşılaşdırır.

Pilates dərslərində əsas məqsəd - insanı öz təbii halına qaytarmaq, çeviklik, dözüm vermək, onu uşaqlıq illərində etdiyi kimi – sərbəst, yüngül və plastik hərəkət etməyi öyrətməkdir.

Pilates sistemində bədənin bütün hissələri üçün hərəkətlər kiçik xalçaların üzərində və xüsusi işlənib hazırlanmış avadanlıqda yerinə yetirilir. Bu metod sağlamlıq üçün heç bir təhlükə yaratmır və fiziki hazırlıqdan və yaş həddindən asılı olmayaraq hər kəsə yarayır. Bu idman növü qadınlar arasında böyük populyarlıq qazanmışdır. Pilates təhlükənin aşağı dərəcəsi olan məşğələlər kateqoriyasına aiddir. Bu, o mənada unikal sistemdir ki, bədənə çox yüngül təsir edir və eyni zamanda güclü möhkəmləndirici effekt verir.

Qeyd edək ki, “Excelsior Hotel Baku” mehmanxanasının “Aura” Sağlamlıq Mərkəzində pilates dərsləri həftədə 2 dəfə aparılır.

Xəbər 2697 dəfə oxundu.