Sumqayıtda ümumşəhər tədbiri
Martın 18-də Sumqayıtdakı “Bayraq Meydanı” da şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş “Novruz” bayramına həsr olunmuş ümumşəhər tədbirində milli güləşçilərin nümunəvi çıxışları və kəndirdartma yarışları şəhər sakinlərinin xüsusi marağına səbəb olub.

Kəndirdartma yarışlarında isə 8 komanda mübarizə aparıb. Gərgin mubarizə şəraitində və tamaşaçıların xüsusi marağına səbəb olan yarışmada “Azərkimya” və Paralimpiaya İdman Kompleksinin komandaları finala vəsiqə qazanıblar. Final mərhələsində “Azərkimya” komandası bütün komandalardan güclü olduqlarını subut ediblər.

Xəbər 919 dəfə oxundu.