Boliviya - Argentina oyununda maraqlı hadisə yaşanıb
DÇ-2014-ün Cənubi Amerika seçmə mərhələsinin Boliviya - Argentina oyununda maraqlı hadisə yaşanıb.

Dünən keçirilən oyunda Argentina millisinin üzvü Anxel Di Mariya Boliviya ölkəsinin dəniz səviyyəsindən 3.600 metr yüksəklikdə olduğu üçün oksigen qəbul edib. O, bir müddət oksigen qəbul etdikdən sonra oyuna davam edib.

Qeyd edək ki, matç 1-1 hesabı ilə başa çatıb.

Xəbər 885 dəfə oxundu.