Sumqayıtda şəhərlərarası turnir keçirilib
Mart 17-də Sumqayıt Olimpiya İdman Kompleksində "Novruz" bayramına həsr olunmuş 11-13 yaşlı oğlanlar arasında şəhərlərarası turnir keçirilib. Sumqayıtın 5 komandası ilə yanaşı Bakının 7, Gəncə, Siyəzən, Quba, Agdam, Bərdə, Qusar, Yevlax komandalarının iştirakı ilə 300-ə yaxın cüdoçu iştirak edib.

Turnirdə Teyyub Abdullayev (24kq, Bakı-Şahin İdman klubu), Səxavət Hacıyev (27kq, Sumqayıt-UGİM-2), Murad Abışov (30kq, Bakı-Şahin İdman klubu), Nazir Talıbov (34kq, Hövsan OİK), Ruslan Paşayev (38kq, Sumqayıt-OİK), Vüsal İbrahimov (42kq, Sumqayıt-OİK), Azər Qələndərli (46kq, Yevlax), Cavad İbrahimov (50kq, Qaradağ), Aqui Mikayıl (55kq, Bakı-Turan İdman Klubu), Elvin Quluzadə (60kq, Qaradağ) və Məhəmməd Əfəndiyev (+60kq, Bərdə) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Turnirin qalib və mükafatçıları Sumqayıt Olimpiya İdman Kompleksi tərəfindən fəxri fərman, kubok və medallarla təltif olunublar.

Xəbər 1242 dəfə oxundu.